Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Avroviziya-2024”ün ikinci yarımfinalından - Video
 
						“Avroviziya-2024”ün ikinci yarımfinalından 
							 - Video
Əlavə olunub: 05.10.2024 | 00:06 | Baxılıb: 2896
İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.

“past.az” xəbər verir ki, 16 ölkənin təmsilçiləri musiqi nömrələrini nümayiş etdirəcəklər.

Finala çıxmaq uğrunda Malta, Albaniya, Yunanıstan, İsveçrə, Çexiya, Avstriya, Danimarka, Ermənistan, Latviya, San-Marino, Gürcüstan, Belçika, Estoniya, İsrail, Norveç və Niderland mübarizə aparacaq.

Qeyd edək ki, yarışmanın finalı mayın 11-də olacaq. Finala birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır.

Ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.