Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Danışırdılar ki, qocalmışam, cavanların yolunu kəsirəm” - Rafiq Hüseynov
 
						“Danışırdılar ki, qocalmışam, cavanların yolunu kəsirəm” 
							 - Rafiq Hüseynov
Əlavə olunub: 05.10.2024 | 10:14 | Baxılıb: 2244
Xəbər verdiyimiz kimi, Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində yarımfinala çıxaraq Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.

“past.az” xəbər verir ki, təcrübəli güləşçi yarışdan sonra instaqram hesabında etdiyi paylaşımla diqqət çəkib. 

R.Hüseynov Avropa çempionatındakı uğursuzluqdan sonra idmandan getməli olduğunu deyənlərə səslənib: “Çəkdiyim əziyyət yerdə qalmadı. Ağır zədələrdən sonar özümü toparlayıb yenidən qalib gəlməyim daha da sevindiricidir.

Üzərimdə zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm. Bu lisenziyanı “divan kritikləri”nə həsr edirəm. Hansı ki, mən Avropa çempionatında müəyyən səbəblərə görə məğlub olanda “ağız dolusu” danışırdılar ki, qocalmışam, cavanların yolunu kəsirəm. Onlar olmasaydılar, bu qədər prinsplə məş etməzdim. İstanbuldan sizə salamlar”. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.