“past.az” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin sosial şəbəkə hesablarında məlumat verilib.
Bildirilib ki, Həcc qaydalarını və müvafiq təlimatları pozanlara qarşı iyunun 2-dən etibarən cəza tədbirləri həyata keçiriləcək.
Qaydaları pozanlar təxminən 2 675 ABŞ dolları məbləğində cərimə ediləcək. Həmçinin həmin şəxslər deportasiya olunacaq. Qaydalar təkrar pozularsa, nəzərdə tutulan məbləğ ikiqat artırılacaq.