Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Komanda olaraq xarakter nümayiş etdirdik” - Xabi Alonso
 
						“Komanda olaraq xarakter nümayiş etdirdik” 
							 - Xabi Alonso
Əlavə olunub: 05.10.2024 | 11:08 | Baxılıb: 2021
“Oyundan sonra futbolçularımın gözünün içinə baxdım, daha çox şey istədiklərini gördüm”. 

“past.az” xəbər verir ki, bunu ötən gün “Roma”nı mübarizədən kənarlaşdıraraq Avropa Liqasının finalına vəsiqə qazanan “Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonso “Reuters”ə açıqlamasında deyib. 

Çalışdırıcı dünənki oyunda komandasının xarakter nümayiş etdirdiyini bildirib: “Komanda olaraq əla xarakter nümayiş etdirdik. Hələ üç titul qazanmaq şansımız var. Komandam isə hər üç titula layiqdir”. 

Qeyd edək ki, Xabi Alonsonun “Bayer”i “Roma”ya iki oyunun nəticəsinə görə ümumi hesabda 4:2 qalib gəlib. Nəticədə Almaniya təmsilçisi 49-cu matçını məğlubiyyətsiz keçirərək, “Benfika”nın 1963-1965-ci illərdəki uzunmüddətli Avropa rekordunu geridə qoyub. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.