Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Putin Paşinyanla görüşdü - Yenilənib
 
						Putin Paşinyanla görüşdü 
							 - Yenilənib
Əlavə olunub: 05.09.2024 | 00:21 | Baxılıb: 3355
Mayın 8-i Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

“past.az” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Bildirilib ki, bu, liderlərin 2023-cü ilin dekabrından bəri ilk görüşüdür. Kreml qeyd edib ki, bundan sonra Putinlə Paşinyan arasında faktiki olaraq heç bir əlaqə olmayıb, ona görə də bugünkü söhbət xüsusilə vacibdir.

Rusiya tərəfi həmçinin bəyan edib ki, Moskva ilə İrəvan arasında münasibətlər ağır günlər yaşayır: iki ölkə arasında təmaslar azalıb, Ermənistan nümayəndələri həm Rusiyanı, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tənqid edirlər.

***

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar başa çatıb.

Putinin Paşinyanla görüşü bir saatdan bir qədər artıq çəkib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.