Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü
 
						Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü
Əlavə olunub: 05.05.2024 | 11:26 | Baxılıb: 5058
Azərbaycanda müğənni ağır qəzaya düşüb.

“past.az” Manset.az-a istinadən xəbər verir ki, hadisə dünən Şəmkir rayonu ərazisində baş verib. 

Müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi “Nissan Murano” markalı avtomobildə oğlu ilə birlikdə qəzaya düşüb. Qəzada müğənninin 17 yaşlı oğlu İlkin Rzayev dünyasını dəyişib.

Qeyd edək ki, qəzaya düşən müğənni Həbib Rzayev qərb bölgəsinin tanınmış toy müğənnilərindən biridir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.