Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq
 
						“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” 
							 - Xəbərdarlıq
Əlavə olunub: 05.06.2024 | 11:34 | Baxılıb: 5649
Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə telekommunikasiya operatorları tərəfindən telefon çəkilişi zamanı müqavilə bağlanılmasından əsassız olaraq imtina edilməsi, qoşulma zamanı normativ hüquqi aktlarda nəzərdə tutulmayan tələblərin qoyulması, eləcə də ümumi istifadədə olan telefon rabitəsi xidmətlərinin göstərilməsi zamanı müəyyən edilmiş tariflərdən əlavə ödənişlərin tələb edilməsinə dair müraciətlər daxil olur.

Bu barədə “past.az”ya Dövlət Xidmətindən bildirilib.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli Qərarı ilə “Təbii inhisar subyektlərinin siyahısı” təsdiq edilib. Həmin siyahı ilə rabitə xidmətləri göstərən təbii inhisar subyektləri də müəyyən edilib.

Qüvvədə olan “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər.

Eyni zamanda bildiririk ki, rabitə sahəsində xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənir. Tarif (qiymət) Şurasının müvafiq Qərarına əsasən, telekommunikasiya operatorlarının telefon çəkilişi xidmətinin tarifi (telefon nömrəsinin verilməsi və şəbəkəyə qoşulma daxil olmaqla) 30 manat təsdiq edilib. Bundan əlavə, Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, ölkə daxilində sabit şəbəkə (o cümlədən, məftilli və məftilsiz) telefonlarından istifadəyə görə aylıq abunə haqları əhali istehlakçı qrupu üzrə 3,5 manat, qeyri-əhali istehlakçı qrupu üzrə 7 manat, sabit şəbəkə (o cümlədən, məftilli və məftilsiz) telefonlarından həyata keçirilən şəhərlərarası telefon danışıqlarının tarifi 3 qəpik/dəqiqə müəyyən edilib.

Məlumat üçün qeyd edək ki, cari ilin 1 iyul tarixində qüvvəyə minəcək Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində də ümumi istifadədə olan telefon rabitəsi xidmətləri təbii inhisar fəaliyyət sahələrinə aid edilib. Rəqabət Məcəlləsinə əsasən, təbii inhisar fəaliyyətinin nəticəsi olan məhsulu satmaq imkanına malik olduqda müştərilərlə belə məhsulun satışına dair müqavilə bağlamaqdan əsassız olaraq imtina etmək, məhsulların istehsalı (satışı), habelə təbii inhisar subyektinin şəbəkələrinə qoşulma ilə əlaqədar müştərilərə münasibətdə normativ hüquqi aktlarda nəzərdə tutulmayan fərqli qaydalar müəyyən etmək və onların icrasını tələb etmək təbii inhisar subyektlərinə qadağan edilir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, istehlakçılar telekommunikasiya operatorları tərəfindən telefon çəkilişi zamanı müqavilə bağlanılmasından əsassız olaraq imtina edilməsi, qoşulma zamanı normativ hüquqi aktlarda nəzərdə tutulmayan tələblərin qoyulması, eləcə də ümumi istifadədə olan telefon rabitəsi xidmətlərinin göstərilməsi zamanı müəyyən edilmiş tariflərdən əlavə ödənişlərin tələb edilməsi halları ilə qarşılaşdıqları zaman Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) elektron poçt ([email protected]) və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər”, - məlumatda vurğulanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.