Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
YAP-dan parlament seçkiləri ilə bağlı - Açıqlama
 
						YAP-dan parlament seçkiləri ilə bağlı 
							 - Açıqlama
Əlavə olunub: 05.10.2024 | 10:44 | Baxılıb: 6042
“Parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur”.

“past.az” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

O əlavə edib ki, Yeni Azərbaycan Partiyası bütün seçkilərdə yalnız seçki ərəfəsində yox, seçkilərarası müddətdə də prosesə hazırlıq aparır.  

“Hazırda Parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçiririk”, - deyə T.Budaqov qeyd edib. 

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir neçə gün əvvəl verdiyi açıqlamada noyabrın əvvəli keçirilməli olan parlament seçkilərinin vaxtının irəli çəkiləcəyini bildirmişdi. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.