“past.az"in məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Fuad Muradova qarşı Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda hədə-qorxu ilə tələb etmə) maddələri ilə yekun ittiham verilib.
İttihamda qeyd edilib ki, Muradov 7 nəfər kişini intim video, şəkillər və digər vasitələrlə şantaj edib. Həmin şəxslər iş üzrə zərərçəkmiş qismində tanınıblar.
Müttəhimin işini Elmin Rüstəmovun sədrlik etdiyi məhkəmə heyəti araşdıracaq.
Sail Ağasəlim