Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“07” ilə toqquşan motosikletçi öldü - Fotolar
 
						“07” ilə toqquşan motosikletçi öldü 
							 - Fotolar
Əlavə olunub: 06.26.2025 | 15:55 | Baxılıb: 1959
Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.

“past.az” xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avtomobillə motosiklet toqquşub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan motosiklet sürücüsü 1997-ci il təvəllüdlü Kamil Abdullayev xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.