Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
10 il sonra ÇL-də oynayacaqlar
 
						10 il sonra ÇL-də oynayacaqlar
Əlavə olunub: 05.16.2025 | 05:40 | Baxılıb: 3477
İspaniyanın “Atletik” klubu 10 il sonra yenidən Çempionlar Liqasında mübarizə aparacaq.

“past.az” verir ki, bu, La Liqanın 36-cı turunda “Xetafe” ilə matçda dəqiqləşib.

“Atletik” həmin görüşdə 2:0 hesabı ilə qalib gəlib. Bilbao təmsilçisi sona 2 tur qalmış xallarının sayını 67-yə yüksəldib və 4-cü pillədə qərarlaşıb. 

Reqlamentə əsasən, La Liqada ilk 5 yeri tutan komandalar növbəti mövsüm birbaşa Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaqlar. 

“Atletik” 2014/2015 mövsümündən sonra ilk dəfə Avropanın əsas turnirində çıxış edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.