Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
36 yaşlı qadın 13 gündür yoxa çıxıb - Foto
 
						36 yaşlı qadın 13 gündür yoxa çıxıb 
							 - Foto
Əlavə olunub: 06.25.2025 | 17:25 | Baxılıb: 2892
Goranboyda 36 yaşlı qadın itkin düşüb.

“past.az” xəbər verir ki, Goranboy rayon Yeniyol kənd sakini, 1989-cu il təvəllüdlü Qarayeva Samirə Əbülfət qızı iyunun 12-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində ağ köynək, qara şalvar, qara ayaqqabı olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Goranboy Rayon Polis Şöbəsinin 022 245 30 72 şəhər və 055 885 66 02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.