Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
4 yaşlı uşaq xəstəxanada vurulan iynədən iflic olub? - Video
 
						4 yaşlı uşaq xəstəxanada vurulan iynədən iflic olub? 
							 - Video
Əlavə olunub: 04.03.2025 | 06:31 | Baxılıb: 4058
Valideyn vurulan qızdırma iynəsindən övladının iflic olduğunu iddia edir.

“past.az” xəbər verir ki, 4 yaşlı Uğur Xankişiyevin valideyninin sözlərinə görə, uşağın qızdırması qalxdığı üçün təcili tibbi yardım çağırıb. Gələn həkimlər Uğuru Yasamalda Uşaq Klinik Xəstəxanasına aparıblar.

Lakin 3 gündən sonra evə buraxılacağı deyilən azyaşlının vəziyyəti vurulan iynədən sonra pisləşib.

Valideyn iddia edir ki, uşağın yaxşı olmadığını həkimə 3 dəfə bildirsə də, ona bunun normal hal olduğu deyilib.

Məsələ ilə bağlı Uşaq Klinik Xəstəxanasının Reanimasiya şöbəsindən bildirilib ki, valideynin iddiaları ilə bağlı araşdırma aparılır.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.