“past.az” xəbər verir ki, yarımfinalda İspaniya və Fransa yığmaları qarşılaşıblar.
Almaniyada keçirilən görüşdə 9 qol qeydə alınıb. Yekunda ispanlar 5:4 hesabıyla qalib gələrək finala yüksəliblər.
Beləliklə, finalda İspaniya yığması Portuqaliyanı sınağa çəkəcək.
Fransa isə Almaniya ilə 3-cü yer uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, üçüncü yer uğrunda matç və final qarşılaşması iyunun 8-də oynanılacaq.