Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
ABŞ Çin mallarına tarifləri 125%-ə qaldırdı
 
						ABŞ Çin mallarına tarifləri 125%-ə qaldırdı
Əlavə olunub: 04.09.2025 | 21:45 | Baxılıb: 2454
ABŞ Çindən gələn mallara rüsumları 125 faizə qaldıracaq.

“past.az” xəbər verir ki, bu qərarı ABŞ Prezidenti Donald Tramp “Truth” hesabında yazıb.

“Çinin qlobal bazarlara hörmətsizliyini nəzərə alaraq, ABŞ-nin Çinə tətbiq etdiyi tarifləri dərhal  125 faizə qaldırıram”.

Xatırladaq ki, Ağ Ev Çindən idxal olunan məhsullara 104 faizlik tarif tətbiq edildiyini və aprelin 9-dan əlavə vergilərin toplanacağını bildirmişdi.

Bunun ardınca rəsmi Pekinin cavabı gecikməmişdi. Belə ki, Çinin Maliyyə Nazirliyi cavab olaraq ABŞ-dən idxal edilən məhsullara görə gömrük rüsumunu 34 faizdən 84 faizə qaldırdığını açıqlamışdı. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.