Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə - Çağırdı
 
						ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə 
							 - Çağırdı
Əlavə olunub: 07.01.2025 | 03:34 | Baxılıb: 1754
ABŞ Rusiyanı Ukraynada dərhal atəşi dayandırmağa və üçtərəfli danışıqlara keçməyə çağırıb.

“past.az” xəbər verir ki, bunu ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “X” sosial şəbəkə hesabında yazıb.

“ABŞ və Ukraynanın sülh danışıqları aparması ilə bağlı Rusiyanın iddiaları əsassızdır. Biz dərhal atəşkəsə və üçtərəfli danışıqlara keçməyə çağırırıq. Rusiya Ukraynadakı mülki obyektləri bombalayarkən vaxtı uzatmağı davam etdirə bilməz”, - deyə Kelloq qeyd edib.

Eyni zamanda, o, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun danışıqların vəziyyəti ilə bağlı son şərhlərini “Oruell” adlandırıb.

Qeyd edək ki, “Oruell” sözünün mənası dövlət tərəfindən təbliğat məqsədilə informasiyadan aldadıcı və manipulyasiya məqsədilə istifadə edilməsi deməkdir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.