Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Acun Ilıcalıdan Mahir Emreliyə transfer təklifi - Zəng edibmiş
 
						Acun Ilıcalıdan Mahir Emreliyə transfer təklifi 
							 - Zəng edibmiş
Əlavə olunub: 06.08.2025 | 09:35 | Baxılıb: 5019
Türkiyəli iş adamı Acun Ilıcalı Azərbaycan yığmasının hücumçusu Mahir Emreliyə zəng edib. “past.az” xəbər verir ki, o, Mahirə sahibi olduğu İngiltərə Çempionşip təmsilçisi “Hall Siti”də oynamağı təklif edib. 

A.Ilıcalı ona bu transferdə israr edib. 

Mahir isə hələ ki, gözləməyi lazım bilib. Buna səbəb isə “Dinamo”da (Zaqreb) forvardın baş məşqçisi olmuş və ona kifayət qədər şans tanımayan Sergey Yakiroviçin “Hall Siti”yə təyin olunma ehtimalıdır. 

Məhz bu səbəbdən Emreli gözləmək istəyir. 

M.Emreliyə Bundesliqadan isə iki təklif var. Belə ki, o, “Verder” (Bremen) və “Yunion Berlin”dən təklif alıb. Onun karyerasını harda davam etdirəcəyinə isə milli komandaların matçından sonra aydınlıq gələcək.

Elsevər Məmmədov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.