Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Adəm Məmmədovla qardaşı apellyasiya şikayəti verdi
 
						Adəm Məmmədovla qardaşı apellyasiya şikayəti verdi
Əlavə olunub: 03.13.2025 | 16:17 | Baxılıb: 2739
Vəkil Ceyhun Yusifovun şikayəti əsasında 6 aylıq həbsə məhkum edilən həmkarı Adəm Məmmədov narazıdır.

“past.az"in məlumatına görə, A.Məmmədov Nərimanov Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

Onunla birgə islah işləri cəzasına məhkum edilmiş qardaşı Xəyyam Məmmədov da cəza ilə razılaşmır. 

Təhqir və böhtan cinayətlərində təqsirli bilinən qardaşların ikisi də bəraət istəyir.

Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Adəm Məmmədov qardaşı ilə birgə rəhbərlik etdiyi saytda vəkil Ceyhun Yusifovu ağır cinayətdə ittiham etmişdi.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.