Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Adil Qeybulla Tofiq Yaqublunu təcridxanada müayinə etdi
 
						Adil Qeybulla Tofiq Yaqublunu təcridxanada müayinə etdi
Əlavə olunub: 04.19.2025 | 13:53 | Baxılıb: 4071
Tanınmış həkim Adil Qeybulla Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu təcridxanada müayinə edib.

“past.az” xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

Belə ki, A.Qeybullanın istintaq təcridxanasına daxil olmasına icazə verilib. O, Penitensiar Xidmətin Tibb Baş İdarəsinin həkimləri ilə birgə Tofiq Yaqublunu müayinə edib.

Həkim məhkumun saxlanılma şəraitindən narazı olmadığını, ona aclığı dayandırmasını tövsiyə etdiyini deyib. 

Qeyd edilib ki, bu gün T.Yaqublunun çəkisi 83 kq 350q, təzyiqi 126/84, temperatur, saturasiya, ürək döyüntüsü normaldır. A.Qeybulla aclıq aksiyasının protokoluna uyğun olaraq ona ringer və digər fizioloji məhlullar köçürüb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.