Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Aeroport yolunda maşın aşdı - Ölən və yaralananlar var - Video
 
						Aeroport yolunda maşın aşdı 
							 - Ölən və yaralananlar var - Video
Əlavə olunub: 06.26.2025 | 11:10 | Baxılıb: 4374
Ötən gecə Bakıda ağır yol qəzası baş verib.

“past.az” xəbər verir ki, Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində 77 YF 704 dövlət qeydiyyat nişanlı “Kia Cerato” markalı minik avtomobili 11 BE 212 nömrə nişanlı “KamAZ”la toqquşub.

Nəticədə “Kia” idarəetmədən çıxaraq aşıb. Avtomobilin sürücüsü və sərnişinlərdən biri xəsarət alıb. Digər sərnişin isə həyatını itirib.

Faktla bağlı Suraxanı RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Hadisə yerindən görüntüləri Oxu.az-a istinadən təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.