Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
AFFA-dan iki oyunçuya 4, bir məşqçiyə 5 oyunluq cəza
 
						AFFA-dan iki oyunçuya 4, bir məşqçiyə 5 oyunluq cəza
Əlavə olunub: 05.08.2025 | 13:06 | Baxılıb: 629
AFFA iki futbolçunu 4, bir məşqçini 5 oyunluq cəzalandırıb.

“past.az” xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Azərbaycanın II Liqasının XXIV turunda baş tutan “Kür-Araz” – “Hypers Guba” oyununun 67-ci dəqiqəsində qonaq komandanın futbolçusu İbrahim Nağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb, klubu 300 manat cərimələnib. 

Digər cəzalar isə AFFA U-15 Qızlar Liqasının 1/4 final mərhələsində keçirilmiş “Şəfa” – “Ümid” matçında yaşananlara görə verilib. Görüşün 36-cı dəqiqəsində “Şəfa”nın futbolçusu Ebru Əmirovaya rəqib komandanın rəsmi şəxsini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün 4 oyunluq cəza verilib.

"Ümid"in məşqçisi Hürzad İsmayilov isə 5 oyunluq diskvalifikasiya edilib. Buna onun 36-cı dəqiqədə rəqib komandanın oyunçusunu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılması səbəb olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.