Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Afrim Qaşi Zəfər parkında - Fotolar
 
						Afrim Qaşi Zəfər parkında 
							 - Fotolar
Əlavə olunub: 06.18.2025 | 12:09 | Baxılıb: 1348
Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşi bu gün Bakıda Zəfər parkını ziyarət edib.

“past.az” xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Şimali Makedoniya Assambleyasının sədri Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.