Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu - Video
 
						Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu 
							 - Video
Əlavə olunub: 04.30.2025 | 23:13 | Baxılıb: 4482
Ağcabədidə ağır yol qəzası olub, iki nəfər ölüb. 

“past.az"in xəbərinə görə, hadisə rayon ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Vaz 2106” markalı 10-CM-225 dövlət nömrə nişanlı avtomobil traktorla toqquşub. 

Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini, Salyan rayonu Qaraçuxur qəsəbə sakini 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və Qazax rayon Qaymaqlı kənd sakini 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatını itirib. Həlak olan şəxslərin hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.