Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ağdamda azyaşlı it hücumuna məruz qalıb
 
						Ağdamda azyaşlı it hücumuna məruz qalıb
Əlavə olunub: 04.13.2025 | 15:51 | Baxılıb: 1111
Ağdamda dörd yaşlı uşaq it hücumuna məruz qalıb. 

“past.az” xəbər verir ki, hadisə rayonun Qərvənd qəsəbəsində baş verib.

Belə ki, Qəsəbə sakini, 2021-ci il təvəllüdlü Hüseynov Sabir Zahir oğlu  küçədə oynadığı zaman it ona hücum edib. 

Nəticədə üz nahiyəsindən xəsarət alan azyaşlı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərilib və daha sonra Bərdə Diaqnostika Mərkəzinə göndərilib.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.