Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ağır qəzada ölənlərin ikisi qardaşdır - Foto - Yenilənib
 
						Ağır qəzada ölənlərin ikisi qardaşdır 
							 - Foto - Yenilənib
Əlavə olunub: 06.25.2025 | 09:18 | Baxılıb: 7099
Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“past.az"in məlumatına görə, qəza rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes”, “KİA” və “Opel” markalı avtomobillərin toqquşması zamanı 3 nəfər  həyatını itirib. 

Onlardan ikisinin qardaş olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

***

Qəza zamanı ölənlərin kimliyi məlum olub.

Əldə etdiyimiz məlumata görə, “Mercedes” markalı avtomobildə olan Nicat Qurbanov, onun qardaşı Ceyhun Qurbanov və Elçin Süleymanov hadisə yerində həyatını itirib. Digər “KİA” markalı avtomobilin sürücüsü Bəndalı Qənbərov isə müxtəlif dərəcəli ağır xəsarətlər alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, B.Qənbərovun vəziyyəti ağır olduğundan o, Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

***

TƏBİB-dən bildirilib ki, 24.06.2025-ci il tarixində saat 21:30 radələrində Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1998-ci il təvəllüdlü (kişi cinsli) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona qapalı kəllə beyin travması başın alın və göz ətrafı nahiyəsinin əzilmiş yarası, sol bud sümüyünün aşağı 1/3-nin açıq qəlpəli sınığı, sağ diz qapağının yerdəyişən qapalı sınığı diaqnozu təyin olunub.

Pasiyentə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi yardımın göstərilməsi üçün Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.

Hadisə nəticəsində 3 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.