Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ağsuda sel nəticəsində ölən şəxs sahə rəisi imiş
 
						Ağsuda sel nəticəsində ölən şəxs sahə rəisi imiş
Əlavə olunub: 04.16.2025 | 15:30 | Baxılıb: 5877
Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən Həyatullayev Pərviz sahə rəisi olub.

“past.az” xəbər verir ki, bununla bağlı “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd olunub ki, rayonun Kalva kəndində baş verən hadisədə daha üç nəfər xəsarət alıb.

Agentlikdən verilən məlumata görə, ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.

Xatırladaq ki, işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.