“past.az” NTV-yə istinadən xəbər verir ki, buna səbəb Almedanın yarışmadakı işçilərə şiddət göstərməsi olub.
“TV8”in rəhbəri Acun Ilıcalı yarışmada Almeda ilə bağlı qərarını açıqlayıb: “Bu, qəbuledilməz bir vəziyyətdir. İnsanlar adətən pis işlər görürlər və sonra gözlərinin döndüyünü deyirlər. Qəzəblənsəniz, həyatda bunun nəticələri ilə qarşılaşacaqsınız. Bu məsələ ilə bağlı apardığımız müzakirələrdə etdiklərinə az da olsa haqq qazandırmaq üçün heç bir şey tapa bilmədik. Görürük ki, davranışın çox insana qarşı zorakılıq xarakteri daşıyıb. Bu, “Survivor” tarixində çox tez-tez baş verən hadisə deyil. Bu kontekstdə verdiyimiz qərara əsasən, Almedanı “Survivor”dan diskvalifikasiya edirik”.
Qərar açıqlanarkən Almeda göz yaşlarına hakim ola bilməyib. O bildirib ki, əsəbdən gözü dönüb və etdiyi işdən peşmandır.