Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Analarını itirdilər...
 
						Analarını itirdilər...
Əlavə olunub: 05.21.2025 | 13:53 | Baxılıb: 3984
Məşhur türkiyəli aktyor Saruhan Hünelə ağır itki üz verib.

“past.az” xəbər verir ki, aktyorun anası Şükran Hünel dünyasını dəyişib.

Bildirilir ki, o, bir müddət idi xəstəxanada müalicə olunurmuş.

Saruhan Hünel və müğənni bacısı Aslı Hünel analarının vəfatı ilə bağlı sosial şəbəkə hesablarında paylaşım da ediblər.

Onların atası Mehmet Fevzi Hünel isə 2020-ci ildə koronavirusdan vəfat edib.

Xatırladaq ki, Saruhan Hünel 2006-2007-ci illərdə yayımlanan “Kaybolan yıllar” serialında “Esmer” obrazı ilə məşhurlaşmışdı.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.