“past.az"in “Haberler.com”a istinadən məlumatına görə, anasının vəfatı səbəbindən bəzi konsertlərini ləğv edən Tarkan Almaniyanın Ştutqart şəhərində yenidən sevənləri ilə bir araya gəlib.
Konsertə anasının sevimli mahnısı ilə başlayan meqastar səhnədə göz yaşlarına boğulub, hönkür-hönkür ağlayıb.
Anasının fotosunu proyektora yerləşdirən Tarkan “Uzun, ince bir yoldayım” mahnısını ifa edib.