Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Arda Turan “Eyüpspor”dan getdi
 
						Arda Turan “Eyüpspor”dan getdi
Əlavə olunub: 05.24.2025 | 20:52 | Baxılıb: 2188
Türkiyə təmsilçisi “Eyüpspor”un baş məşqçisi Arda Turan klubdan ayrıldığını açıqlayıb.

“past.az” “NTV Spor”a istinadən xəbər verir ki, bu barədə mütəxəssis Superliqanın 37-ci turunda “Antalyaspor”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.

“Bu, mənim “Eyüpspor”dakı sonuncu oyunum idi. Komandanın baş məşqçi postundan ayrılıram. 3-4 seçim şansım var, qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcək. Bütün “Eyüpspor” camiəsinə təşəkkür edirəm”, - deyə A.Turan qeyd edib.

Qeyd edək ki, Arda Turan 2023-cü ildən “Eyüpspor”u çalışdırırdı. Onun Ukraynanın “Şaxtyor Donetsk”i ilə razılaşdığı deyilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.