Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Arsenal” ilk oyunda PSJ-yə uduzdu
 
						“Arsenal” ilk oyunda PSJ-yə uduzdu
Əlavə olunub: 04.30.2025 | 00:55 | Baxılıb: 1979
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

“past.az” xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub.

PSJ İngiltərədə “Arsenal”ın qonağı olub. Oyunda hesabı qonaqlar açıb. Dembele 4-cü dəqiqədə meydan sahiblərini mərkəzə dəvət edib. Bu, matçda vurulan yeganə qol olub - 0:1.

UEFA Çempionlar Liqası

Yarımfinal, ilk oyunlar

29 aprel

23:00. “Arsenal” (İngiltərə) - PSJ (Fransa) - 0:1

Qeyd edək ki, yarımfinalın digər matçı bu gün İspaniyada “Barselona” və “İnter” arasında baş tutacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.