“past.az” xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.
33 yaşlı futbolçu “qırmızı-qaralar”la 2028-ci ilin yayına kimi müqavilə imzalayıb. O, yeni klubunda 21 nömrə altında çıxış edəcək.
Qeyd edək ki, ötən mövsüm Jorginyo “Arsenal”ın heyətində bütün turnirlərdə 27 oyun keçirib və 1 qol vurub.
“Transfermarkt” portalında futbolçunun dəyəri 8 milyon avrodur.