Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Aşan avtomobil 50 metr sürüşərək dayandı - Sürücü öldü
 
						Aşan avtomobil 50 metr sürüşərək dayandı 
							 - Sürücü öldü
Əlavə olunub: 06.30.2025 | 10:36 | Baxılıb: 2430
Hacıqabul rayonunda ağır yol qəzası baş verib.

“past.az” xəbər verir ki, dünən saat 03 radələrində 1991-ci il təvəllüdlü Şahid Mənəfovun idarə etdiyi “Opel Astra” markalı avtomobil Şamaxı-Sabirabad yolunun Hacıqabulun Padar Qışlaq kəndidən keçən hissəsində aşıb.

Bakı-Qazax magistral yolu istiqamətində hərəkətdə olan zaman qəfil idarəetmənin itirilməsi nəticəsində aşan avtomobil 50 metr məsafə qət edərək dayanıb.

Nəticədə sürücü Şahid Mənəfov hadisə yerində ölüb, avtomobildə olan 1999-cu il təvəllüdlü sərnişin-Xəlilli Xəyal Valeh oğlu bədən xəsarətləri ilə Ağsu xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.