Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Avroliqa finalının mükafatlandırma mərasimində biabırçılıq - Video
 
						Avroliqa finalının mükafatlandırma mərasimində biabırçılıq 
							 - Video
Əlavə olunub: 05.22.2025 | 11:23 | Baxılıb: 5155
Ötən gün “Tottenhem” və “Mançester Yunayted” (1:0) baş tutan Avropa Liqası finalının mükafatlandırma mərasimində biabırçı hal yaşanıb.

“past.az” xəbər verir ki, futbolçuların bəzilərinə medal çatmayıb. 

Komandanın kapitanı Xın-Min Son, eləcə də Rodriqo Bentankur və Kristian Romero medalsız qalıb. 

UEFA prezidenti Aleksandr Çeferin futboçuların boynundan medal asarkən sona qalan oyunçulara medal çatmadığını görüb və buna təəccüblənib. O, sadəcə əl sıxaraq həmin futbolçuları təbrik edib. 



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.