Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Avropa Liqasının rəmzi komandası açıqlandı - Siyahı
 
						Avropa Liqasının rəmzi komandası açıqlandı 
							 - Siyahı
Əlavə olunub: 05.23.2025 | 00:01 | Baxılıb: 1461
UEFA-nın texniki müşahidəçilər qrupu 2024/2025 mövsümünün Avropa Liqasının rəmzi komandasını seçib.

“past.az” xəbər verir ki, heyətdə “Tottenhem”dən 4, “Budo-Qlimt” və “Mançester Yunayted”dən 2, “Ayntraxt”, “Lion” və “Atletik”dən 1 oyunçu yer alıb. 

Qapıçı: Gulyelmo Vikario (“Tottenhem”).

Müdafiəçilər: Pedro Porro (“Tottenhem”), Kristian Romero (“Tottenhem”), Robin Kox (“Ayntraxt”), Fredrik Andre Byorkan (“Budo-Qlimt”).

Yarımmüdafiəçilər: Patrik Berq (“Budo-Qlimt”), Bruno Fernandes (“Mançester Yunayted”), Kazemiro (“Mançester Yunayted”).

Hücumçular: Rayan Şerki (“Lion”), Dominik Solanke (“Tottenhem”), Niko Uilyams (“Atletik”).

Qeyd edək ki, Avropa Liqasının hazırkı qalibi “Tottenhem”dir. 21 mayda keçirilən turnirin final görüşündə London klubu “Mançester Yunayted” üzərində 1:0 hesabı ilə qələbə qazanaraq çempion olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.