Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Avroviziya 2025”in finalçıları bəlli oldu - Siyahı
 
						“Avroviziya 2025”in finalçıları bəlli oldu 
							 - Siyahı
Əlavə olunub: 05.16.2025 | 02:37 | Baxılıb: 4310
İsveçrənin Bazel şəhərində keçirilən “Avroviziya 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.

“past.az” xəbər verir ki, 16 ölkədən olan iştirakçılar final mərhələsinə çıxmaq uğrunda mübarizə aparıblar.

Səsvermələrin nəticələrinə əsasən, İsrail, Litva, Danimarka, Avstriya, Lüksemburg, Finlandiya, Latviya, Malta, Yunanistan və Ermənistan finala keçib.

Qeyd edək ki, birinci yarımfinalın nəticələrinə görə, Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya və Ukraynadan olan iştirakçılar finala vəsiqə qazanmışdılar.

Xatırladaq ki, “Avroviziya”nın finalı mayın 17-də baş tutacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.