“past.az” xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb.
Bildirilib ki, bu il keçiriləcək müsabiqənin Azərbaycandan olan şərhçiləri müğənni Elnarə Xəlilova və televiziya-radio aparıcısı Ağa Nadirovdur.
13, 15 və 17 may tarixlərində İTV-də birbaşa yayımlanacaq 69-cu “Avroviziya” mahnı müsabiqəsi saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan müsabiqənin ilk yarımfinalında 10 nömrə altında çıxış edəcək.