Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Avtobus sürücüsünü döyənlərdən daha biri saxlanıldı
 
						Avtobus sürücüsünü döyənlərdən daha biri saxlanıldı
Əlavə olunub: 03.21.2025 | 13:31 | Baxılıb: 2038
Avtobus sürücüsünə hücum edən şəxslərdən daha biri tutulub.

Bu barədə “past.az”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov məlumat verib.

DİN rəsmisi qeyd edib ki, martın 12-də Abşeron rayonu ərazisində marşrut avtobusu sürücüsünə xuliqanlıq hərəkətləri etməkdə təqsirləndirilən qrupun digər üzvü 35 yaşlı Toğrul Rəfizadə də polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda araşdırmalar davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.