Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycan Argentinaya başsağlığı verdi
 
						Azərbaycan Argentinaya başsağlığı verdi
Əlavə olunub: 03.10.2025 | 23:01 | Baxılıb: 1839
Azərbaycanın Xarici İşlər Nazirliyi Argentinaya başsağlığı verib.

“past.az” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.

“Argentinada baş vermiş dağıdıcı daşqınlardan təsirlənmiş hər kəsə ən dərin başsağlığımızı bildiririk. Bu daşqınlar çoxlu insan tələfatına, bir neçə nəfərin itkin düşməsinə və infrastruktura ciddi ziyan vurulmasına səbəb olub.

Bu fəlakətdən ən çox zərər çəkmiş icmaların tez və effektiv bərpasını və normal həyatın qısa müddətdə bərpa olunmasına ümid edirik”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Argentinanın Baiya-Blanka şəhərində baş vermiş təbii fəlakət nəticəsində ondan çox insan həlak olub, yüzlərlə insan təxliyə edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.