Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycan-İran Birgə Komissiyasının 54-cü görüşü keçirildi - Fotolar
 
						Azərbaycan-İran Birgə Komissiyasının 54-cü görüşü keçirildi 
							 - Fotolar
Əlavə olunub: 06.02.2025 | 16:31 | Baxılıb: 712
Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan və İranın daimi fəaliyyət göstərən Birgə Komissiyasının 54-cü görüşü Bakı şəhərində keçirilib.

“past.az” xəbər verir ki, Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Agentliyin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və enetgetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb.

 



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.