Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycan milli komandaları növbəti oyunlarına çıxacaqlar
 
						Azərbaycan milli komandaları növbəti oyunlarına çıxacaqlar
Əlavə olunub: 06.13.2025 | 10:49 | Baxılıb: 507
Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər.

“past.az” xəbər verir ki, qadınlardan ibarət komanda Qızıl Avropa Liqasında Xorvatiya ilə üz-üzə gələcək.

Xorvatiyanın Zadar şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək. Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqroya 1:3 hesabı ilə uduzub.

Kişilərdən ibarət kollektiv isə Gümüş Avropa Liqasında Lüksemburqla qarşılaşacaq. Görüş saat 18:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində start götürəcək.

Qeyd edək ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda daha əvvəl İsveçə uduzub (0:3), Gürcüstan seçməsini isə məğlub edib - 3:0.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.