“past.az” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.
Buna səbəb kimi bu gün Bakıda rusiyalı jurnalistlərin saxlanılması göstərilib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) “Sputnik-Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı iki nəfər saxlanılıb. Onların Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) əməkdaşları olduğu bildirilib.