Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycana yaz gəldi
 
						Azərbaycana yaz gəldi
Əlavə olunub: 03.20.2025 | 13:06 | Baxılıb: 1806
Azərbaycana yaz fəsli qədəm qoyub.

“past.az” xəbər verir ki, yaz fəsli ölkəmizə martın 20-si saat 13:01-də daxil olub.

Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika (Günəşin illik zahiri hərəkət yolu) üzrə hərəkət edərək, ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Beləliklə, həmin andan Şimal yarımkürəsində astronomik yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.