Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycanda “Match TV”nin yayımı dayandırıldı
 
						Azərbaycanda “Match TV”nin yayımı dayandırıldı
Əlavə olunub: 06.02.2025 | 08:46 | Baxılıb: 2273
Azərbaycanda “Match TV” kanallarının yayımı dayandırılıb.

“past.az” Teleqraf-a istinadən xəbər verir ki, bu barədə izləyicilərə müvafiq bildiriş təqdim olunub.

Məlumata görə, “Match TV” kanallarının Azərbaycanda yayım icazəsi olmayıb. Ona görə də “Media haqqında” qanunun 32.4 və 34.5-ci maddələrinin tələblərinə uyğun olaraq kanalların yayımı dayandırılıb.

Qeyd edək ki, “Match TV” 2015-ci ildən yayımlanan Rusiya federal idman televiziya kanalıdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.