Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycanın 3 cüdoçusu DÇ-də mübarizəyə başlayır
 
						Azərbaycanın 3 cüdoçusu DÇ-də mübarizəyə başlayır
Əlavə olunub: 06.13.2025 | 10:52 | Baxılıb: 515
Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.

“past.az” xəbər verir ki, ilk yarış günündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq.

Əhməd Yusifov (60 kq) 1/16 finalda yaponiyalı Ryuju Naqayama ilə üz-üzə gələcək.

Leyla Əliyeva (48 kq) 1/32 finalda türkmənistanlı Kurbanay Kurbanova ilə qarşılaşacaq.

1/32 finaldan başlayacaq Könül Əliyeva (48 kq) isə ABŞ təmsilçisi Mariya Seliya Labordeni məğlub etməyə çalışacaq.

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.