Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycanın daha iki cüdoçusu DÇ-də mübarizəyə başlayır
 
						Azərbaycanın daha iki cüdoçusu DÇ-də mübarizəyə başlayır
Əlavə olunub: 06.17.2025 | 09:47 | Baxılıb: 564
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulacaq.

“past.az” xəbər verir ki, Vüqar Talıbov və Elcan Hacıyev (hər ikisi 90 kq) tatami üzərinə çıxacaq.

V.Talıbov 1/32 finalda gürcüstanlı Luka Maysuradze ilə üz-üzə gələcək.

E.Hacıyev isə 1/16 finaldan mübarizəyə qoşulacaq. Onun rəqibi 1/32 finalda baş tutacaq Nurbek Murtuzoev (Özbəkistan) - Remi Feullet (Mavriki) görüşündə müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq. Cüdoçularımızdan Zelim Tçkayev bürünc medal qazanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.