Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycanın dəstəyinə görə təşəkkür etdi
 
						Azərbaycanın dəstəyinə görə təşəkkür etdi
Əlavə olunub: 06.20.2025 | 11:05 | Baxılıb: 951
Xarici işlər naziri Ceyhun Bayramov ilə Avstraliyanın xarici işlər naziri Penni Vonq arasında telefon danışığı aparılıb. 

XİN-dən “past.az”ya verilən məlumata görə, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub. 

Avstraliyanın xarici işlər naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi planları barədə məlumat verib və Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib. 

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb, iki ölkə Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr mexanizminin əhəmiyyətini vurğulayıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.