Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycanlı hakim Avropa çempionatının oyununu idarə etdi
 
						Azərbaycanlı hakim Avropa çempionatının oyununu idarə etdi
Əlavə olunub: 05.23.2025 | 13:03 | Baxılıb: 789
Azərbaycanlı FİFA referisi Kamal Umudlu futbol üzrə gənclərdən ibarət AVRO-2025-in (U-17) final mərhələsinin A qrupunun 2-ci turunun Elbasanda Albaniya və Almaniya yığmaları arasında keçirilən oyununu idarə edib.

“past.az” xəbər verir ki, görüş almanların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Umudlu hər komandadan iki nəfəri sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, Umudlu əvvəlcə final mərhələsinin ehtiyat hakimləri sırasında yer alıb. Lakin ümumi siyahıda olan əsas hakimlərdən biri zədələnib və Umudlu onu əvəzləyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.