Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakı metrosunda nasazlıq - Qatarlar gecikdi
 
						Bakı metrosunda nasazlıq 
							 - Qatarlar gecikdi
Əlavə olunub: 03.06.2025 | 18:36 | Baxılıb: 1743
“28 May” stansiyasında “Dərnəgül-Əhmədli” marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranıb.

Bu barədə “past.az”ya “Bakı Metropoliteni”QSC-dən məlumat verilib.

Bildirilib ki, nasazlığa görə sərnişinlər düşürülüb və qatar “Nərimanov” elektrik deposuna göndərilib.

Əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb:

“Yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.