Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakı-Təl-Əviv-Bakı reysləri bu gündən bərpa olunur
 
						Bakı-Təl-Əviv-Bakı reysləri bu gündən bərpa olunur
Əlavə olunub: 06.28.2025 | 10:47 | Baxılıb: 969
Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyunun 28-dən etibarən Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların yerinə yetirilməsini bərpa edir.

Bu barədə AZAL-dan “past.az”ya bildirilib. Qeyd edilib ki, uçuşların müvəqqəti dayandırılması Yaxın Şərqdəki gərgin vəziyyət və bunun nəticəsində bir sıra ölkələrin hava məkanının bağlanması ilə bağlı idi.

Hazırda bölgədə vəziyyətin sabitləşməsi Azərbaycan və İsrail arasında təhlükəsiz hava nəqliyyatının bərpasına imkan verir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.